Kenan Yıldız İngiltərə nəhənginə keçə bilər
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Calcio Mercato" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" K.Yıldız üçün "Yuventus"a rəsmi təklif göndərməyi planlaşdırır.
Mənbənin məlumatına görə, "Çelsi" 19 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kenan Yıldızın Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 6 qol və 4 asistlə yadda qalıb.