Kenan Yıldız “Yuventus”da qalacaq

 “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Məlumata görə, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir.