Kenan Yıldız "Yuventus"dan ayrıla bilər

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız gələn ilin yayında komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi", "Real Madrid" və "Arsenal" sözügedən oyunçuya elçi düşüb.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kenan cari mövsüm meydana çıxdığı 18 oyunda 6 qol, 6 asistlə yadda qalıb.