Kenan Yıldızın elçiləri çoxalıb
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, "Real Madrid", "Arsenal" və "Çelsi" 20 yaşlı sol cinah vingeri ilə yaxından maraqlanır.
Bu haqda jurnalist Ekrem Konur öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Kenan Yıldızın transfer qiyməti 80 milyon avrodur.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 6 qol, 6 asistlə yadda qalıb.