"Kəpəz" 3 legioneri ilə yollarını ayıracaq
"Kəpəz" klubu qış "transfer pəncərəsi"ndə 3 legioneri ilə yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi albaniyalı Redon Mihana, malili Lassana Ndiaye və portuqaliyalı Viktor Braqanın xidmətində maraqlı deyil.
Hər üç futbolçu yaxın günlərdə klubu tərk edəcək.
"Sarı-göylər"in baş məşqçisi Azər Bağırov onların əvəzinə heyətə yeni legioner futbolçular qatmağı planlaşdırır.