"Kəpəz" Avro Liqa oyunlarını harada keçirmək istəyir?
Azərbaycanın güclü azarkeş dəstəyi ilə seçilən komandalarından olan “Kəpəz” Avro Liqaya vəsiqə qazanacağı halda oyunları Gəncədə keçirməyəcək. SportLine.az xəbər verir ki, son günlər Gəncə şəhər stadionundakı abadlıq işləri gələn mövsümə hesablanıb. “Kəpəz” Avroliqada çıxış üçün isə, Mərdəkandakı “Dalğa arena”nı sifariş edib.