"Kəpəz" AZAL-ı əliboş yola saldı

Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulur.

SportLine.az xəbər verir ki, günün ilk  oyunu Gəncədə keçirilib. Ötən tur "Qəbələ"ni məğlub edən "Kəpəz" uğurun davamını AZAL-la matçda gətirməyə çalışıb. 

Meydan sahiblərinin üstünlüyü ilə keçən qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.

07 fevral 2016
TPL, 20-ci tur


“Kəpəz” – AZAL - 2:0
QOLLAR: 
Budaq Nəsirov, 27, Ebah, 85

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev
Gəncə şəhər stadionu

Banner