"Kəpəz" Avroliqaya heç-heçə ilə başladı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Kəpəz" ilk oyununu doğma meydanda keçirib. Gəncə təmsilçisinin rəqibi Moldovanın "Daçiya" klubu olub.

Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda mübarizə aparan "Kəpəz" 16 ildən sonra azarkeşlərinə qələbə bəxş etmək niyyətində idi. Ancaq təmsilçimiz istəyinə çata bilməyib. Matç qolsuz heç-heçə ilə başa çatıb.

28 iyun 2016
UEFA Avropa Liqası
I təsnifat mərhələsi

“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) - 0:0
Hakimlər:
 Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)
Bakı, “Dalğa Arena”

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov,  5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 90. Julian Ebah

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev

Baş məşqçi: Şahin Diniyev

“Daçiya”: 12. Dimitriu Seleadnik, 2. Andri Silinkin, 4. Semion Bulqaru, 5. Vyaçelsav Posmak,  7. Rinar Valeev, 9. İqor Buqaev, 10. Aleksndru Bejan, 11. Denis Kojanov, 17. Evgeni Cosius, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feschuk

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Mecit Neziri, 15. Sapol Mani, 19. Maksim Qavrilenko, 25. Andrey Bunyak, 27. Vasil Cardan, 29. Yaser Turkan

Baş məşqçi: Oleq Bejenar