"Kəpəz" hazırlıqları bərpa etdi
“Kəpəz” məşqləri bərpa edib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır.
Məşq prosesi hər gün saat 11:00-a təyin olunub.
Qeyd edək ki, milli komandaların DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda fasilə yaradığından “Neftçi” ilə oyundan sonra “Kəpəz”in üzvlərinə 4 günlük istirahət verilmişdi.