“Kəpəz” milli komanda ilə qarşılaşacaq

"Kəpəz" yeni mövsümə hazırlığın son hissəsi çərçivəsində yoxlama oyunu keçirəcək. 

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, sabah Bakıda məşqləri bərpa edəcək "sarı-göylər" iyulun 3-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşacaq. 
 
"Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.