"Kəpəz" "Qəbələ"yə aman vermədi
Bu gün Topaz Premyer Liqasında fasilə başa çatır. SportLine.az xəbər verir ki, 3-cü dövrənin açılış matçı Gəncədə baş tutub. Burada "Kəpəz" "Qəbələ"ni qəbul edib.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların dueli meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
30 yanvar 2016
TPL, 19-cu tur
“Kəpəz” – “Qəbələ” - 3:0
QOL: Jülien Ebah, 26 (1:0); Namiq Ələsgərov, 57 (2:0); Jülien Ebah, 75 (3:0)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov
Gəncə şəhər stadionu
"KƏPƏZ" - "QƏBƏLƏ" MATÇININ VİDEO İCMALI