"Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
Bu gün Misli Premyer Liqasında 22-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ın qonağı olacaq. Matçın start fiti saat 18:00-da veriləcək. Hazırda "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Buna görə də sözügedən oyun mərkəzi qarşılaşmalardan hesab olunur. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.
27 fevral (cümə)
14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu
18:00 . “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
28 fevral (şənbə)
14:30. “Şamaxı” – “Neftçi”
17:00. “Qəbələ” – “Karvan-Yevlax”
1 mart (bazar)
16:30. “Turan Tovuz” – “İmişli”
19:00. “Qarabağ” – “Sabah”