"Kəpəz" yoldaşlıq matçı keçirməyəcək

"Kəpəz" klubu Millətlər Liqası ilə bağlı yaranan fasilədə yoldaşlıq matçı keçirməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"la oyundan sonra komandaya 3 günlük istirahət verilib. Gəncə təmsilçisi noyabrın 13-də məşqləri bərpa edəcək.