"Kəpəz" "Zirə"yə, "Sumqayıt" "Neftçi"yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, günün ilk görüşündə "Kəpəz" "Zirə" ilə üz-üzə gələcək.
Tovuz şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Turnir cədvəlində "Zirə" 23 xalla dördüncü, "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.
Digər qarşılaşmada isə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Saat 18:00-da başlayacaq görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq.
"Sumqayıt" 16 xalla turnir cədvəlinin altıncı, 18 xala malik "Neftçi" isə səkkizinci sırasında yer alıb.
Azərbaycan Premyer Liqası
XVI tur
8 dekabr
16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu.
18:00. “Sumqayıt” –“Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.