“Kəpəz”dən daha bir transfer
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla anlaşıb.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Məmmədov son mövsümü “Turan Tovuz”da keçirib və bu il I divizionun çempionu adını qazanıb.
Qeyd edək ki, “Kəpəz” bundan öncə İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”) və Tural Cəlilovu ("Zirə") heyətinə qatmışdı.