"Kəpəz"dən yeni transfer

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

SportLine.az-ın klubun saytına istinadən xəbər verir ki,  Gəncə təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Əli Nuri ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu bir müddətdir “Kəpəz”də baxışda idi. Gənc futbolçu yeni komandasında 68 nömrəli forma ilə çıxış edəcək.