“Kəpəz”i “Qəbələ” ilə oyuna Şahin Diniyev özü çıxacaracaq

Topaz Premyer Liqasının 3-cü dövrəsinə bu gün Gəncədə start verilir. Açılış matçında “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.

Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyevin səhətində problem yarandığı haqda xəbər vermişdik. Komandanı onun meydana çıxaracağı sual altında idi. Təcrübəli mütəxəssisin SportLine.az saytına verdiyi məlumata görə, səhhəti normallaşan Şahin Diniyev bu günkü oyunda komandanı tək buraxmayacaq.

“Kəpəz”i bu gün meydana özüm çıxaracağam”, - deyən baş məşqçi gərgin mübarizə vəd edən görüşdə “Kəpəz” fanatlarını sevindirməyə çalışacaqlarını söyləyib.

Xatırladaq ki, “Kəpəz” – “Qəbələ” matçı bu gün saat 14:00-da start götürəcək.

Banner