"Kəpəz"in baş məşqçisi: "Son 3 turda məğlub olmamağımız sevindirici haldır"

"Sevindirici haldır ki, son 3 turda məğlub olmamışıq".

Sportline.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Maraqlı oyun alındı. İki fərqli hissəyə şahidlik etdik. Birinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. İkinci yarıda həm orta xətdə, həm də cinahlarda "dişsizliy"imiz nəzərə çarpırdı. Sevindirici haldır ki, son 3 turda məğlub olmamışıq. Bu, "Kəpəz" adına müsbət haldır".

Qeyd edək ki, XXIII turun görüşündə "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.