"Kəpəz"in bıçaqlanan futbolçusunun son durumu

"Kəpəz" Veysəl Rzayevin durumu ilə bağlı açıqlama yayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.

İnsident nəticəsində xəsarət alan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunduğu bildirilib.

Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti sabitdir.