"Kəpəz"in futbolçusu "Səbail"də

Yeni mövsümdə I Liqada iştirak edəcək "Səbail" Premyer Liqa klubu "Kəpəz"dən ayrılan futbolçunu transfer edib.

Klubdan Sportline.az-a verilən məlumata görə, "dənizçilər" Nicat Süleymanovla 1 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla "1+2" illik sözləşmə bağlayıb.