Qəbələdə 3 penalti, 1 qırmızı vərəqə
Bu gün Topaz Premyer Liqasında 2016-cı ilin son turunun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, turun ilk matçı Qəbələdə olacaq. Burada yerli komanda "Kəpəz"i qəbul edəcək. Meydan sahibləri "Qarabağ"a çatmaq, qonaqlar isə 4-cü pillədə möhkəmlənmək üçün qələbə qazanmalıdırlar.
17 dekabr 2016
TPL, 14-cü tur
"Qəbələ" - "Kəpəz" - 2:1
QOLLAR: Ozobiç, 23/p. (1:0); Tural Axundov, 78/p. (1:1); Ruslan Qurbanov, 84/p. (2:1)
QIRMIZI VƏRƏQƏ: Renan Silva, 83 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Standings provided by Sofascore LiveScore