Kerem Aktürkoğlu "Beşiktaş"a keçə bilər
"Qalatasaray"ın sabiq futbolçusu Kerem Aktürkoğlu üçün "Beşiktaş"dan təklif var.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Avropanın böyük klublarından təklif almazsa, "Beşiktaş"a "hə" cavabını verə bilər.
Kerem karyerası ərzində meydana çıxdığı 329 matçda 89 qol 58 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sözü gedən futbolçunun "Benfika" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.