Kerim Alaybeqoviçlə üç nəhəng klub maraqlanır
"Salzburq"un sol cinah vingeri Kerim Alaybeqoviç Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Mançester Yunayted" və "Çelsi" 18 yaşlı futbolçunu transfer etmək istəyir.
K.Alaybeqoviçin dəyəri "Transfermarkt" portalına görə, 5 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 21 matçda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.