"Keşlə" də testlərin nəticəsini açıqladı

“Keşlə” Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti COVİD-19 testindən keçiblər.

Sportline.az Bakı təmsilçisinin rəsmi "Feysbuk"un səhifəsinə istinadən xəbər verir ki, təlim-məşq bazasında olan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan “ASK Arena”-da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.