"Keşlə" "Neftçi"yə qalib gəldi

Bakıda təlim-məşq toplanışı keçən “Neftçi” və “Keşlə” klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.

SportLine.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasının stadionunda keçirilən matç “Keşlə”nin qələbəsi ilə yekunlaşıb - 2:1. Yuri Maksimovun komandasından qolları Məqsəd İsayev və Pərdis Fərcad Azad vurub. “Neftçi”dən isə Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, bu, “Keşlə”nin qış fasiləsində ikinci yoxlama oyunudur. Komanda bundan əvvəl birinci divizion təmsilçisi “Qaradağ-Lökbatan”ı 3:1 hesabı ilə məğlub edib.