"Keşlə"nin rəqibi heyətini gücləndirir

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə” ilə qarşılaşacaq “Soçi” 6 futbolçusu ilə müqaviləni yeniləyib.

Sportline.az Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Soslan Canayev, Kristian Noboa, Artur Yusupov, İbrahim Çallaqov, Kirill Zayka və Maksim Barsovdur. Futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Keşlə” “Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.