Kikboksçularımız dünya çempionatına qatılacaqlar

Oktyabrın 2-dən başlayaraq yeniyetmə və gənc kikboksçuların dünya birinciliyinə start veriləcək.

Sportline.az xəbər verir ki, İtaliyanın Yezola  şəhərində təşkil olunacaq turnirdə yerli idmançılarımız da mübarizə aparacaqlar. Komandamız 38 idmançı ilə ölkəmizi təmsil edəcək. Yeniyetmələrin yarışında 13, gənclərin yarışında isə 12 çəki dərəcəsində kikboksçularımız çıxış edəcəklər. Dünya çempionatında idmançılarımız 5 versiya üzrə - lov-kik, full kontakt, K1, point fayt və kik-layt növləri üzrə mübarizə aparacaqlar. Yeniyetmə və gənclərdən ibarət milli komandamız yarışa baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşır.

Qeyd edək ki, İtaliyada təşkil olunacaq dünya çempionatı oktyabrın 9-adək davam edəcək.