Kilian Mbappe geri dönür

"Real"ın forvardı Kilian Mbappe zədəsini sağaldıb.

Sportline.az xəbər verir ki, fransalı hücumçu artıq ümumi komanda ilə məşqlərə qatılıb.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Qeyd edək ki, Mbappe UEFA Çempionlar Liqasının "Atalanta" ilə oyununda (3-2) zədələnmişdi.

O, həmin matçın 36-cı dəqiqəsində meydanı tərk eləmişdi.

Cari mövsümdə 21 oyuna çıxan futbolçu 11 qol və iki asistlə yadda qalıb.