Kilian Mbappe “Qızıl Buts”u aldı

Fransalı ulduz Kilian Mbappe karyerasında daha bir uğur əldə edib.

Sportline.az xəbər verir ki, Kilian Mbappe 2024/25 mövsümündə “Real Madrid”dəki debüt mövsümündə ən çox qol vuran oyunçu kimi “Qızıl Buts” mükafatını aldı.

La Liqanın ən sərrast hücumçusu olan fransalı ulduz El Klasikoda het-trik edib və debüt mövsümündə 39 qola çatıb.