Kimpembenin yeni klubu bəlli olub

PSJ-nin təcrübəli müdafiəçisi Prensel Kimpembe karyerasını Qətərdə davam etdirəcək.

Sportline.az xəbər verir ki, fransalı futbolçu "Qətər" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib.

30 yaşlı mərkəz müdafiəçisi Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq müqaviləyə imza atıb.