Kiprlilər "Qarabağ"a təşəkkür ediblər

Avropa Liqasının qrup mərhələsinin III turunun, "Qarabağ" - APOEL görüşündən öncə klub rəsmiləri bir araya gəlib.

Sportline.az  xəbər verir ki, Kipr klubunun prezidenti Prodromos Petridis və Ağdam təmsilçisinin idarə heyətinin üzvü Fevzihan Aras görüşüb.

Fevzihan Aras "Qarabağ"ın rəmzi olan at heykəlini Petridisə bağışlayıb.

APOEL "Twitter" hesabında xoş münasibət üçün "Qarabağ"a təşəkkür edib: "Meydandan kənardakı davranışlarınıza görə təşəkkür edirik! Sabah meydanda qürurumuz və tariximiz üçün savaşacağıq".

Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu bu gün saat 20:55-də başlanacaq.