Kiran Trippier karyerasını İstanbul nəhəngində davam etdirə bilər
"Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Kiran Trippier "Qalatasaray"ın maraq dairəsinə düşüb.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Trippier "Nyukasl"dan ayrılmaq niyyətindədir.
"Qalatasaray" bu keçid üçün İngiltərə klubuna 7 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Trippierin "Nyukasl"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
34 yaşlı müdafiəçi bu mövsüm 18 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.