Kişi basketbolçu dopinq testində "hamilə" çıxdı

Məşhur basketbolçu Donel Kuper tragikomik hadisə ilə üzləşib.

Sportline.az xəbər verir ki, son olaraq "Monako"da mübarizə aparan Kuper antidopinq agentliyinə öz əvəzinə sevgilisinin idrar analizini verib.

Analizin nəticələrinə əsasən basketbolçunun "hamilə olduğu" ortaya çıxıb. Bu hadisədən sonra Beynəlxalq Basketbol Federasiyası 2020-ci il iyunun 24-dək Kuperin oyunlara çıxmağına qadağa qoyub.