Klopp bu klubda işləmək niyyətindədir
Yurgen Klopp yenidən məşqçilik fəaliyyətinə qayıtmaq istəyir.
Sportline.az xəbər verir ki, İsveçrə mediası Kloppun potensial yeni komandasını açıqlayıb. “Sky Sports Switzerland”ın məlumatına görə, Kloppun adı “Real Madrid”lə hallansa da, İspaniya nəhəngi məşqçi ilə təmas qurmayıb. İddialara görə, Almaniya Futbol Federasiyası Kloppun xidmətində maraqlıdır. Bildirilir ki, Julian Nagelsmann Dünya Kubokunda uğur qazanmasa, Federasiya onun yerinə Kloppun namizədliyini nəzərdən keçirə bilər.
Bildirilib ki, Kloppun özü Almaniya milli komandasında işləməyə razıdır.