Klopp gəlmək istəyir

“Real Madrid” növbəti mövsüm üçün baş məşqçi postuna nüfuzlu mütəxəssis təyin etməyi planlaşdıracağı halda, əsas namizəd kimi Yurgen Kloppu müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, hazırda “Red Bull” şirkətində qlobal futbol üzrə rəhbər vəzifəsində çalışan sabiq “Liverpul” baş məşqçisi uzunmüddətli müqaviləyə malik olsa da, “Real Madrid”ə böyük rəğbət bəslədiyi və ispan nəhəngindən rəsmi təklif gələcəyi təqdirdə məşqçiliyə qayıtmağa hazır olduğu bildirilir.

Madrid klubu yaxın vaxtlarda Xabi Alonso ilə yollarını ayırıb və komandanın sükanı arxasına Alvaro Arbeloanı gətirib.

Lakin gənc mütəxəssisin növbəti mövsümdə də “Real Madrid”i çalışdırmaq şansını artırmaq üçün mövsümün sonuna qədər nəticələri yaxşılaşdırması vacib sayılır.