Kloppun oxşarı gündəmdən düşmür
"Liverpul"un baş məşqçisi Yurgen Kloppa bənzəyən bir şəxs İngiltərə millisinin Avro-2020-nin 1/8 finalında Almaniya ilə matçından (2:0) sonra millinin azarkeşləri ilə birgə əylənib.
Sportline.az xəbər verir ki, sözügedən şəxs Kloppun üslubunda geyinib. O, 53 yaşlı mütəxəssis kimi papaq geyinib və eynək taxıb. Yığmanın Almaniya üzərində qələbəsindən sonra isə Kloppu parodiya edib.
Həmin anların videogörüntüsünü təqdim edirik: