Klublarımız məşqlərə başlayır

Azərbaycan Premyer Liqasında çıxış edən 8 klub sabahdan məşqləri bərpa edə edə bilər.

Sportline.az Sportal.az-a istinadən xəbər verir ki, AFFA-nın bu gün PFL və klub rəsmiləri ilə birgə təşkil etdiyi videokonfransında bu barədə qərar verilib. 

Bu gün futbolçular və məşqçi heyəti koronavirus testindən keçəcək. Analizlərin cavabları sabah çıxacaq. Nəticələrdən sonra komandalara hazırlıq üçün icazə veriləcək. Məşqlərin mayın 15-i və ya 16-sı başlayacağı gözlənilir.

Komandalar kiçik qruplara bölünərək, 3 həftə hazırlıq keçəcək. İyunun ilk həftəsində isə Premyer Liqa azarkeşsiz davam etdiriləcək.

Eyni qərarın I Divizionla da bağlı verilməsi gözlənilir. Rəsmi qərarlar az sonra açıqlanacaq.