Klubumuz sonuncu oldu

"Azerreyl"in qadınlardan ibarət komandası 2020-2021 mövsümünün hazırlığı üçün Türkiyədə təlim-məşq toplantısını keçməkdə davam edir.

Sportline.az xəbər verir ki, Millinin bazası sayılan, həmçinin Famil Ağayevin rəhbərlik etdiyi kollektiv toplanış ərəfəsində beynəlxalq turnirdə də qüvvəsini sınayır. İstanbulda təşkil edilən yarışa 6 klub qatılıb. 

Komandamız püşkün nəticəsinə əsasən, A qrupunda oynayıb.

"Qalatasaray” və "PTT Spor” komandalarına qarşı mübarizə aparan komandamız, hər iki oyunda da "quru hesabla” məğlub olub.

Komandamız hər iki görüşdə uduzduğundan A qrupunda sonuncu olub. Bu səbəbdən onlar "üçlük”də yer almaq şansını itiriblər. "Azərreyl” turnirdə sonuncu olmamaq üçün B qrupunun 3-cüsü "Çan Genclik Kale Spor”la gücünü yoxlayıb və turniri sonuncu olaraq başa vurub.