Klubumuzun qapıçısı gedə bilər

"Səbail"in futbolçusu Aleksandr Rıbka yayda komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ukraynalı qapıçının özü deyib.

Otuz üç yaşlı qolkiper bildirib ki, klubdakı gələcəyi ilə bağlı hələ qərar verməyib: "Səbail"lə daha 1 illik müqaviləm var. Komandada qalıb-qalmayacağımı bilmirəm. Zaman hər şeyi göstərəcək".

Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir.