Kobi Meyno ayrılmaq fikrində qətidir

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno ayrılmaq fikrində qətidir.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunu Avropanın nəhəng klubları transfer etmək üçün yarışa girib.

"Aston Villa", "Everton", "Tottenhem", "Napoli" və "Roma" Meyno ilə yaxından maraqlanır.

Qeyd edək ki, sözü gedən futbolçunun transfer qiyməti 50 milyon avrodur.