Kökçü oynadı, komandası məğlub oldu
Niderland Erediviziyasında 32-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" komandası doğma meydanda "Herenven"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
3 may
"Volendam" - "Herenven" - 0:2
Qollar: L.Oyen, 8, D.Vente, 86
Ozancan Kökçü matça start heyətində başlayıb və 51-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Volendam" 31 xalla 16-cı pillədə qərarlaşıb. "Herenven" isə 50 xalla turnir cədvəlində 6-cı sırada yer alıb.