Kökçünün komandası Erediviziyanı tərk etdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” Niderland çempionatında elitada qalmaq uğrunda "pley-off"un cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda “Villem II” ilə qarşılaşıb. İlk matçda 2:1 hesablı qələbə qazanan “Volendam” cavab görüşündə eyni hesabla uduzub. 

Əlavə vaxtda qol olmadğına görə qalib penaltilər seriyasında dəqiqləşib. Penaltilərdə daha uğurlu olan “Villem II” qələbə qazanıb (5:4) və Erediviziyaya yüksəlib.

“Volendam” isə yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.

Ozan bu görüşdə ioynamayıb. Onun adıiştirak ərizəsində də olmayıb.