Kolo Muani İngiltərə nəhənginə keçə bilər

"Mançester Yunayted" PSJ-nin hücumçusu Randal Kolo Muaninin transferini nəzərdən keçirir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu ilə "Nyukasl" da maraqlanır. Həmçinin, hazırda icarə əsasında oynadığı "Yuventus" da onun keçidi üçün təklif irəli sürməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonunadək qüvvədədir.