Kolo Muani İngiltərə yolunda
Ötən mövsümü "Yuventus"da icarə əsasında keçirən fransalı forvard Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Lakin hələki rəsmi bir təklif yoxdur.
Qeyd edək ki, Kolo Muani müqavilə əsasınsa "Paris Sen-Jermen" klubuna məxsusdur.
O, geridə qalan mövsüm meydana çıxdığı 36 matçda 12 qol 4 asist müəllifi olub.
Xatırladaq ki, Kolo Muanin PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.