Komanda yoldaşı ilə mübahisə edən futbolçu meydandan qovuldu

Norveçdə keçirilən "Stromsqodset" - "Hyougesunn" matçında maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, qonaq komandanın futbolçusu Haris Hayradinoviç qapıçısı Per Bratveytlə mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.