Komandamız daha bir sınaq qarşısında

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Bolqarıstana yollanıb.

Sportline.az xəbər verir ki, milli üzvləri ölkə xaricində təlim-məşq toplanışı keçəcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan komanda Bolqarıstandan sonra Rusiya və Türkiyədə də toplanışda olacaq. Hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama matçı nəzərdə tutulub.

Covanni Kapraranın baş məşqçi olduğu kollektiv Təsnifat Turnirini qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq. 

Qeyd edək ki, Azərbaycan seçməsi təsnifat turnirində ev sahibləri ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq. Qarşılaşmalar 1 - 3 avqustda keçiriləcək.