Komandamız Moskvadan üç medalla dönür
Azərbaycan seçmə komandası Moskva Karate1 Premyer Liqa tunrirində 3 medal qazanıb.
Sportline.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) qızıl, Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub.
Meqasport Arena kompleksində Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi iştirak edib. Bu nəticə ilə Azərbaycan 3-cü yeri tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq hakimlərimiz Cahangir Babayevlə Anar Abdullayev final görüşləri ilə birgə, digər məsul qarşılaşmaları idarə edən hakimlər arasında olublar.