Konate “Liverpul”la yeni müqavilə imzalayacaq
“Real Madrid” İbrahima Konate transferindən imtina edib.
Sportline.az xəbər verir ki, Fransa millisinin üzvü “Liverpul”la yeni müqavilə imzalamağa razılıq verib.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, Konatenin Mersisayd klubu ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.