Konfrans Liqası: Millimizin üzvünün komandasından heç-heçə

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın “Kolos” klubu Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 10-da Qazaxıstanda keçiriləcək