Konfrans Liqası: "Qarabağ" AEL-lə səfərdə heç-heçə etdi

"Qarabağ" bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olub. Larnaka şəhərindəki "AEK Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlanıb və 1-1 hesabı ilə yekunlaşıb. Oyunu isveçli FIFA referisi Qlenn Nyuberq idarə edib.

"Köhlən atlılar" II təsnifat mərhələsində İsrailin "Aşdod" komandasını mübarizədən kənarlaşdırıb - 0:0, 1:0. AEL isə Albaniya "Vlajniya"sını hər iki görüşdə 1-0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Qeyd edək ki, "Qarabağ" bu mərhələni adlaya bilsə, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) - "Qarabağ" (Azərbaycan) 1:1

Qollar: Skepoviç, 69-penalti (1:0), Abdullah Zubir, 90+3 (1:1)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç

Larnaka. "AEK Arena".